Çapa göndər
Gülağa Tənha: DÖNÜM

26 avqust 2022 - 19:58

Gülağa Tənha:

 DÖNÜM


Sevmək də bir ayrı dərddi, azardı,
Ay gözəl, gözünün yaşına dönüm.
Ürəyin eşqimə soyuq məzardı,
Ay gözəl, gözünün yaşına dönüm.


Mənim əvəzimə küləklər dindi,
Dindi, göy üzündən ulduzlar endi…
Dinməyə qoymursan, eybi yox, indi
Ay gözəl, gözünün yaşına dönüm.


Həsrətin rəngini üzümə salıb,
Nə vaaxtdı can nədi, ruhumu alıb…
Nərgiz ləçəyinə şeh düşüb, qalıb,
Ay gözəl, gözünün yaşına dönüm.


dekabr, 2001