Çapa göndər
Laçınlılar doğma torpaqlarına qayıdacaqlarını toy-bayramla qeyd etdilər +VİDEO

26 avqust 2022 - 19:47

Bu gün Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürüb. 

Ağcabədi rayonunda məskunlaşan Laçın sakinləri bu xəbəri toy-bayramla qeyd ediblər. 

Sakinlər şəhər mərkəzinə yığışaraq rəqslər edib, Ali Baş Komandana minnətdarlıq bildiriblər. 

Ağcabədidə məskunlaşan Laçın sakini bildirib ki, altı yaşından öz yurd-yuvasını tək etməyə məcbur olub.