Çapa göndər
GÜLAĞA TƏNHA “Çağırışçı gənclərə”

22 avqust 2022 - 20:39

GÜLAĞA TƏNHA “Çağırışçı gənclərə”

 

 

Ömrünü sevgi aldı

Sehrə bələməlisən,

Köksünü bu torpağa

Səngər eləməlisən,

Dağlar könlünə sirdaş,

Qoru Vətəni, qardaş!

 

 

İndi uğur üstəsən,

Bax yanar ocağına.

Yarağın qeyrətindi,

Sığal çək yarağına;

Nə tənti, nə də ki, çaş,

Qoru Vətəni, qardaş!

 

 

Qisasa kökləyibdi,

Səni heysiyyət, qürur.

Öndə-son döyüş, ancaq

Arxada Vətən durur;

Dərələr keç, dağlar aş,

Qoru Vətəni, qardaş!

 

 

Gülləyə döndərib get,

Düşmənə nifrətini.

Özünə qalxan eylə,

Vətən məhəbbətini,

Dağlar könlünə sirdaş,

Qoru Vətəni, qardaş!

 

 

 

29 sentyabr 2020 – ci il tarixi ellərin yaddaşına illər sonra Azərbaycanda qısmən Səfərbərlik elanına əsasən gənclərimiz, torpaqlarımızı düşmən topdağı altından azad etmək üçün yolasalındı. Məhz xeyriyyəçi – şair Gülağa Tənhanın çağırışçı gənclərə həsr etdiyi şeir bu günə hesablanaraq yazılmışdır. Bu şeir bütün çağırışçılarımız üçün şüardı, nəsihətdir! Allahdan onların hər birinə qüvvət və salamatlıq diləyirik! Şeirdə deyildiyi kimi: Gülləyə döndərib get, Düşmənə nifrətini. Özünə qalxan eylə, Vətən məhəbbətini!...

 

 

 

Vətən bizimlədir, biz də VƏTƏNLƏ!