Çapa göndər
Ukraynada qızlara sataşan rus hərbçi cəzalandırıldı

22 avqust 2022 - 20:37

Ukraynanın Melitopol şəhərində ukraynalı hərbçilər uşaqlara sataşan rusiyalı həbçini cəzalandırıblar.

Bu barədə şəhər meri İvan Fedorov məlumat verib. O bildirib ki, rusiyalıya qarşı sərt tədbirlər görülüb:

“Rusiya əsgəri şəhərin mikrorayonlarından birində küçədə azyaşlı qıza sataşdı. Amma bizim partizanlar hər yerdə var. Cəzasını verdilər. Bu, simvolik olaraq Ukraynanın Qəhrəmanları küçəsində baş verdi”.