Çapa göndər
Dəfn zamanı 6 nəfər ÖLDÜ

22 avqust 2022 - 20:35

Yəmənin Amran bölgəsində dəfn zamanı ildırım düşüb.

Yerli səhiyyə rəsmiləri tərəfindən verilən açıqlamada dəfn mərasiminə qatılan 6 nəfərin ildırım vurması nəticəsində öldüyü, 17 nəfərin isə yaralandığı bildirilir.

Qeyd edək ki, Yəməndə iyul ayından bəri leysan yağışları, daşqın və ildırım vurması nəticəsində azı 97 nəfər həyatını itirib.