Çapa göndər
Prezident ona "Şərəf" ordeni verdi - SƏRƏNCAM

12 avqust 2022 - 16:37

Xalq artisti Azərpaşa Zəfər oğlu Nemətov “Şərəf” ordeni ilə təltif edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, sabah A.Nemətovun yubileyidir - onun 75 yaşı tamam olur.

Xalq artisti Azərpaşa Nemətov 2016-cı ildən Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışır.