Çapa göndər
Masallıda arıçılara sublimator avadanlığı verilib Akif Ağayev, +FOTO=5

11 avqust 2022 - 16:07

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən maliyyələşən fərdi sahibkar və arıçı Səyavuş Yağubov tərəfindən icra edilən "VARROA KILLER" ilə arıçılıq təsərrüfatlarında varroa gənəsinə qarşı mübarizə layihəsinin növbəti tədbiri Masallı rayonunda gerçəkləşib.

 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səyavuş Yağubov sahibkarları salamlayıb, donor və layihənin məqsədi, layihə çərçivəsində görülmüş işlər və layihənin əldə etmək istədiyi nəticələr haqqında məlumat verib. O, qeyd edib ki, layihə Astara, Lənkəran, Lerik və Masallı rayonlarını əhatə edir: “İlk mərhələdə bu 4 rayondan olan 200 nəfər arıçı sahibkar arasında əyani sorğular aparılıb. Sorğunun nəticələrinə əsasən daha çox arı ailəsinə sahib və dərmanlama və digər prossedurları icra edən sahibkarlar seçilib. Astara və Lerik rayonlarından sonra Masallı rayonundan seçilmiş 7 arıçı sahibkara sublimator avadanlığı təhvil veriləcək.

 

Tədbirdə layihənin eksperti Rafət Şirəliyev, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Nəsib Alışov və arıçı sahibkarlar iştirak edib.

 

Masallı DAİM-də keçirilən məlumatlandırma görüşündə sahibkarlara avadanlıqla bağlı məlumat verilib.

 

Daha sonra təsərrüfatlara səfər nəticəsində 7 arıçı sahibkara avadanlıq təqdim edilib. Təsərrüfatlarda avadanlığın işləmə prossesi ilə sahibkarlar əyani tanış olublar. Sahibkarlar hazırlanmış avadanlığın arı xəstəlikləri üçün vacib bir resurs olduğunu, layihənin arıçılar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Akif AĞAYEV,

MASALLI.