Çapa göndər
Türkiyə və Ermənistan xüsusi nümayəndələri bu tarixdə görüşəcək

11 avqust 2022 - 15:19

Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında 5-ci görüşün tarixi məlum olub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Xüsusi nümayəndələrin növbəti görüşü sentyabrda keçiriləcək.

“Proseslər kövrəkdir, daimi sülh təmin edilməlidir”, - nazirlikdən qeyd olunub.