Çapa göndər
Rusiya İranın casus peykini orbitə çıxaracaq

08 avqust 2022 - 17:03

Sabah Rusiya Yaxın Şərqdəki hərbi hədəflərə casusluq etmək üçün İran tərəfindən sifariş edilmiş kəşfiyyat peykini orbitə göndərməyi planlaşdırır. Lakin əvvəlcə Rusiya hakimiyyəti bundan öz məqsədləri, yəni Ukraynada döyüşən öz ordusunun maraqları üçün istifadə etmək imkanı əldə edəcək. Bu barədə “The Washington Post” məlumat yayıb.

“Bu, Moskva ilə Tehran arasında artan siyasi və hərbi əməkdaşlığın daha bir əlamətidir”, - nəşr yazıb.