Çapa göndər
Ermənilər Laçını belə tərk edir +VİDEO

08 avqust 2022 - 15:17

Ermənilər Laçın rayonunu tərk etməkdə davam edir.

Bunu əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Rayonun Zabux kəndini tərk edən ermənilər əşyalarını yığır, bəzilərini yandırır.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Laçında yaşayan ermənilər "Azadlıq" radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.