08 avqust 2022 - 15:13
Son günlər İsraillə Qəzzədə fəaliyyət göstərən "İslami cihad" qruplaşması arasındakı münasibətlər gərginləşib. İsrailin Qəzzəyə endirdiyi hava zərbələri nəticəsində 6-sı uşaq olmaqla azı 29 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, ermənipərəst "Nubar Ozanyan Briqadası" təşkilatı Fələstin xalqına öz dəstəyini ifadə edib.
Təşkilat bu barədə videoçarx paylaşıb.
“İsrailin Qəzzəyə hücumlarına qarşı müqavimət göstərən Fələstin xalqı və inqilabi qüvvələrlə həmrəylik mesajı”, - paylaşımda bildirilib.
Qeyd edək ki, "Nubar Ozanyan Briqadası" Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatıdır. 2019-cu ilin aprelində yaradılan təşkilatın lideri Masis Mutanyandır.