Çapa göndər
Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçirdilər

05 avqust 2022 - 14:15

İrəvanda növbəti dəfə etiraz aksiyası keçirilir. 

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərindən qaçan ermənilər  "qaçqın" statusu ala bilmədikləri üçün Fransa səfirliyinin qarşısında etiraz ediblər. 

“Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayryan isə jurnalistlərə açıqlamasında deyib ki, səfir onları qəbul edənə qədər oturaq aksiya keçirəcəklər.