Çapa göndər
Prezident Avstriya səfirinin etimadnaməsini qəbul etdi

05 avqust 2022 - 11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.