04 avqust 2022 - 16:21
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“İclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb”, - deyə Peskov məlumat verib.