Çapa göndər
Gülağa Tənha: DÖNDÜ

02 avqust 2022 - 17:50

Gülağa Tənha:

 D Ö N D Ü


Sən getdin, bir ümidin
İzsiz sorağa döndü.
Gözlərində göz yaşın
Qanlı bayrağa döndü.


Üç yanaşı qız gördüm,
Köz-köz yanan göz gördüm,
Səni gülərüz gördüm,
Ürəyim dağa döndü.


Qoyma həsrət öyünə,
Həsrəti sal düyünə.
Görərsən, bir gün sənə
Döndü, Gülağa döndü.


19.10.2000