02 avqust 2022 - 17:41
Ukraynanın Baş nazirinin müavini - müvəqqəti işğal olunan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Donetsk vilayətindən məcburi təxliyənin başladığını elan edib.
Bu barədə o, Telegram kanalında paylaşıb.
"Donetsk vilayətindən məcburi təxliyə başlayıb. İlk qatar bu gün səhər saatlarında Kropivnitskiyə çatıb. Qadınlar, uşaqlar, qocalar, çoxlu sayda hərəkət imkanı məhdud insanlar - hamı qarşılanıb, yerləşdirilib, hamıya kömək edilib", - Vereşçuk bildirib.