Çapa göndər
Putin Kadırova orden verdi

27 iyul 2022 - 18:27

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu “Aleksandr Nevski” ordeni ilə təltif edib.

Bu barədə Ramzan Kadırov “Telegram” kanalında bildirib.
Kadırov qeyd edib ki, Çeçenistanın sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə “Aleksandr Nevski” ordeni ilə təltif olunub.