26 iyul 2022 - 14:39
İranın Kirman əyalətində polislə yaraqlılar arasında baş verən atışma nəticəsində polkovnik-leytenant Əli Bərzqərpur öldürülüb.
Hadisə iyulun 25-dən 26-na gecə qeydə alınıb.
Ə.Bərzqərpur Kirman polisinin əməkdaşı olub.
Atışma nəticəsində narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerində 697 kq narkotik maddə aşkarlanıb.
Qeyd edək ki, son həftələrdə İran ərazisində yüksəkrütbəli hərbçilərin məlum və naməlum səbəblərdən öldüyünə dair məlumatlar yayılır (report.az).