Çapa göndər
Putin Abenin dəfninə buraxılmayacaq

23 iyul 2022 - 16:56

Rusiya Prezidenti Vladimir Putin Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş Baş nazir Şinzo Abenin dəfninə buraxılmayacaq. 

Buna səbəb Putinə qarşı Yaponiyanın tətbiq etdiyi giriş qadağasıdır. 

Bildirilib ki, Putin Abenin dəfnində iştirak etmək istəsə belə, Tokio qadağa qərarını ləğv etməyəcək. 

Qeyd edək ki, Yaponiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Vladimir Putinə qarşı sanksiya tətbiq edib.