Çapa göndər
Türkiyənin vitse-prezidenti Ərdoğanın müşaviri ilə evləndi

23 iyul 2022 - 13:17

Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Hümeyra Şahinlə ailə həyatı qurub.

Nikah mərasimi İstanbulda baş tutub. 

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan cütlüyün nikahında şahid olaraq çıxış ediblər. 

Bununla yanaşı, mərasimə Fuat Oktay və Hümeyra Şahinin ailəsi və yaxınları da qatılıb. 

Xatırladaq ki, ötən həftələrdə 58 yaşlı Fuat Oktayın 46 yaşlı Hümeyra Şahinlə nişanlandığı məlum olmuşdu. 

Qeyd edək ki, Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.