22 iyul 2022 - 16:28
Gülağa Tənha:
SƏN GƏL VƏFALI OL, GÜLÜM
Dünya dolu etibarsız,
Üzü dönük, düz ilqarsız,
Yaşamaram səntək yarsız,
Sən gəl vəfalı ol, gülüm.
Ağlayan da, gülən də var,
Üz çevirib gedən də var,
Eşq yolunda ölən də var,
Sən gəl vəfalı ol, gülüm.
Təmiz eşqə vəfadarın,
Bir gözəl, vəfalı yarın,
Mən quluyam etibarın,
Sən gəl vəfalı ol, gülüm.
Moskva, 17.08.2004