Çapa göndər
Ukrayna nümayəndə heyəti İstanbulda

22 iyul 2022 - 14:19

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyəti taxıl məsələsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gəlib.

Bu barədə  Ukrayna KİV-ləri  məlumat yayıb. 

Bildirilib ki, səfər çərçivəsində Ukrayna tərəfi BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.