Çapa göndər
Gülağa Tənha: DÜŞÜBDÜ

21 iyul 2022 - 13:21

Gülağa Tənha

DÜŞÜBDÜ

 


Könül səksəkədə, ürək can deyir,
Səsinə, sədana «min qurban» deyir,
Tükmü yandırmısan, ay canan, deyir,
Qulağıma səsin, hayın düşübdü.


Xatirə mənimdi, ağası mənəm,
Onsuz quru canam, batıq bir ünəm,
Səni unutmaqçün mənə, ay sənəm,
Minnətə nəsilin-soyun düşübdü.


Aləm qınamasın, sənsiz gülmərəm,
Eşqin qəlbimdədi, hələ ölmərəm.
Çağırma, yuxuna gələ bilmərəm,
Bu gecə araya toyun düşübdü.


                         Masallı, avqust, 1991