Çapa göndər
Ruslar daha bir şəhəri bombardman etdi

16 iyul 2022 - 11:55

Gecə Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərinə raketlə zərbələr endirib. Nəticədə ölənlər və yaralananlar var.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Xarkov vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

"İyulun 16-da saat 03:20-də Çuquev raket hücumuna məruz qalıb. Bombardman nəticəsində ikimərtəbəli yaşayış binası qismən dağılıb. Evin konstruksiya materialları 40 kvadratmetr sahədə yanıb. 2 nəfər yaralanıb, 1 nəfər dağıntılar altından xilas edilərək xəstəxanaya çatdırılıb. Xilasetmə qrupları həmçinin bir kişi və bir qadın cəsədini dağıntılar altından çıxarıb",- məlumatda bildirilib.