Çapa göndər
Xersonda rusların qərargahı məhv edildi

15 iyul 2022 - 14:40

Ukrayna Silahlı Qüvvələri rusların Xerson vilayətinin Nova Mayaçka şəhərindəki qərargah və kazarmaları dağıdıb.

Bu barədə Xerson vilayət hərbi administrasiyası rəhbərinin müşaviri, deputat Serxi Xlan məlumat verib.

"Ukrayna Silahlı Qüvvələri Nova Mayaçkadakı Orkları əhatə edib. Orada işğalçılar keçmiş uşaq sanatoriyasının ərazisində qərargahlar və kazarmalar yaradıblar. Onlar artıq orada deyillər. Rəsmi hesablamanı gözləyirik", - deyə  o,  bildirib.