Çapa göndər
Şri-Lanka prezidenti rəsmən istefa verdi

15 iyul 2022 - 13:15

“Şri-Lanka prezidenti Qotabaya Rajapaksa istefa verib və onun rəsmi istefa məktubu qəbul edilib”.

Bunu Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeyvardena jurnalistlərə açıqlamasında deyib.

Spikerin sözlərinə görə, bu andan yeni prezidentin seçilməsi ilə bağlı konstitusiya prosesi başlayacaq. Keçid dövründə konstitusiyaya uyğun olaraq prezidentin səlahiyyətlərini baş nazir icra edəcək.