Çapa göndər
"Azovstal"ın yerində istirahət zonası açıla bilər

14 iyul 2022 - 10:54

Mariupolda "Azovstal"ın yerində müasir istehsal və istirahət zonası açıla bilər.

Bunu Mariupol meri Konstantin İvaşşenko deyib. 

Onun sözlərinə görə, “Azovstal” zavodunun yerində texnopark və ya ona bitişik istirahət zonası olan kiçik müasir istehsalat obyekti yaradıla bilər. Lakin bu məsələni mütəxəssislər və şəhər sakinləri həll etməlidir". 

İyun ayında Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin zavodun ərazisinin texnoparka çevriləcəyini bildirmişdi. 

Qeyd edək ki, Ukraynanın ən böyük şəhərlərindən biri olan Mariupol aprel ayında Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilib.