13 iyul 2022 - 17:36
İyulun 13-də səhər saatlarına olan məlumata görə, ruslar çoxlüləli raket atan sistem ilə Ukraynanın Nikolayev vilayətinin müxtəlif yaşayış məntəqələrinə 28 zərbə endiriblər.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbər müavini Kirill Timoşenko teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, atəş nəticəsində yaşayış binalarına və xəstəxanaya ziyan dəyib.
İlkin məlumatlara görə, beş mülki şəxs həlak olub.
"Təxminən iyulun 13-də saat 04:30 radələrində Şirokovskaya icmasının Şirokoye kəndi atəşə tutulub. Atışma əsasən qəsəbədən kənarda olub", - o əlavə edib.