Çapa göndər
Məktəbə silahlı hücum zamanı polis müdaxilə eləmədi +VİDEO

13 iyul 2022 - 12:33

ABŞ-da Texas ştatının Uvalde şəhərində 24 may tarixində silahlı hücum baş verib.
Hadisə nəticəsində 19 şagird ilə 2 müəllim ölüb.
Ötən gün hadisənin görüntüləri ortaya çıxıb.
18 yaşlı silahlı şəxs məktəbə daxil olandan bir müddət sonra hadisə yerinə polislər cəlb olunub.
Təhlükəsizlik kameralarına əsasən, polis silah səslərini eşitsə belə 77 dəqiqə müdaxilə etməyib, əksinə dəhlizdə olan əşyaları incələyib telefona baxdığı anlar lentə alınıb. Silahlı şəxsin polislər olan tərəfə atəş açdığı zaman onların qaçdığı anlar qeydə alınıb.
Polisin hadisəyə zamanında müdaxilə etmədiyi kadrlar böyük müzakirələrə səbəb olub.