Çapa göndər
Niderlandın Baş naziri Zelenskiyə yeni silahlar vəd etdi

11 iyul 2022 - 20:52

Niderlandın Baş naziri Mark Rutte Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Rutte Kiyevdə keçirilən brifinqdə Ukraynaya yeni silahlar veriləcəyini deyib.

O bildirib ki, Niderland Ukraynaya müasir ağır silahlar, özüyeriyən artilleriya qurğuları və mərmilər təhvil verəcək.

"Ukraynanın bizim hərbi dəstəyimizə ehtiyacı var. Biz Ukraynanı müasir silahlarla dəstəkləməliyik. Mən Avropadakı və dünyanın digər yerlərindəki bütün həmkarlarımı Ukraynaya ağır silahlarla kömək etməyə çağırıram. Ölkəmizdən ağır silahlar verəcəyik. Mən müttəfiqlərimizi də eyni şeyi etməyə təşviq etmək istəyirəm”, - deyə o qeyd edib.

Rutte, həmçinin vurğulayıb ki, Niderland Ukraynaya hər cür kömək etməkdə davam edəcək.

"Niderland Ukraynanı hər cür dəstəkləyəcək. Siz həm indi, həm də gələcəkdə bizə arxalana bilərsiniz", - o əlavə edib.