Çapa göndər
Qadın dostlarının cəsədləri ilə 12 saat maşında qalıb

09 iyul 2022 - 17:29

Moskva vilayətinin Roşal-Şatura magistralında salonunda 4 nəfərin olduğu "Chevrolet Lacetti" markalı minik avtomobili qəzaya düşüb. Sərnişinlərdən biri maşında sıxılmış vəziyyətdə dostlarının cəsədləri ilə 12 saat qalmağa məcbur olub.

Bu barədə MK.ru məlumat yayıb.

Saytın məlumatına görə, qəza iyulun 7-də baş verib. Gecə saat 02:00 radələrində sürücü idarəetməni itirərək maşını aşırdıb. Ağır yaralanan şəxs özü maşından düşərək evə çatmağı bacarıb və sonra huşunu itirib.

Hadisə yerinə gələn polislər salonda ölmüş iki sərnişini və bir qızı aşkar ediblər. Zədələnmiş maşınının salonunda o, gecə saat ikidən günorta ikiyə qədər qalıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.