05 iyul 2022 - 15:50
Gülağa Tənha:
SƏNİN GÖZ YAŞLARIN
İlk dəfə sevdiyim qıza
Yadımdan çıxmayır
sonuncu görüş,
Ayrılıq çağında
mənə deyiləsi
söz də tapmadın.
Qəlbi isitməyə
köz də tapmadın.
Bənizin ağıydı,
gözlərin yaşlı.
Dözmədik əzaba,
tez vidalaşdıq.
Həyatın yolları
ayırdı bizi,
Ay keçdi, il keçdi,
sonra yadlaşdıq.
Bəzən gecələr
girirsən yuxuma –
gözləri yaşlı.
O vaxtdan bu yana
yuxuma tökülür
yaşı gözünün.
Sənin göz yaşların
yağışa dönüb
İsladır dünyamı
səhərə qədər –
Yuxudan dururam
qan-tər içində,
Ömrüm keçib gedir
kədər içində.
Sumqayıt, 1991