Çapa göndər
İranda 12 nəfər maşında yanaraq öldü

01 iyul 2022 - 11:03

İranın Sistan və Bəlucistan əyalətində yol qəzası zamanı 12 nəfər həyatını itirib.

Hadisə əyalətin Nikşəhr şəhərinin Kənarək magistral yolunda baş verib.

Belə ki, "Pejo" markalı iki minik avtomobili toqquşub. Hadisə nəticəsində yanğın baş verib. Hər iki avtomobildə olan sərnişinlər yanaraq həlak olub.