Çapa göndər
Sərdar Ortaç səhnədə yerə yıxıldı

13 iyun 2022 - 14:30

Türkiyəli məşhur müğənni Sərdar Ortaç konsert zamanı səhnədə müvazinətini itirərək yerə yıxılıb.

Müğənnin qəfil yerə yıxılması sevənlərini üzüb. Səhnədəki insanların köməkliyi ilə yerdən qaldırılan Ortaç konsertinə qaldığı yerdən davam edib.

Belə ki, müğənni səhnədə borclarına görə həyatının sıfırlandığını dilə gətirib:

"Borclar belimi bükdü. 15 milyon TL borc ödədim, bununla da sıfırlandım", - deyib. 

Qeyd edək ki, Sərdar Ortaç bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparır.