Çapa göndər
Ərkivanda-Mərasim evində təmir işləri başladı

11 iyun 2022 - 16:17

Məlumat verdiyimiz kimi, Masallının Ərkivan qəsəbəsində tanınmış iş adamı və şair-publisist Gülağa Tənha tərəfindən 2013-ci ilin noyabr ayında ucaldılmış mərasim evində geniş təmir işləri başlayıb. Təmir işlərinə Gülağa Tənha tərəfindən təyin olunmuş məsul şəxs Rafiq Mirzəyev müxbirimizə bildirib ki, mərasim evinin dam örtüyünün sıradan çıxması nəticəsində içəridəki zallar və divarlar nəm olmuşdur. Hal hazırda binanın dam örtüyü yenisilə əvəz edilmişdir ki, içərini yağış tutmasın. Hələlik təmirə 10-15 gün fasilə verilib ki, binanın daxilində nəm basmış divarlar qurusun.
Çox keçməz ki, bu mərasim evi yenidən, daha gözəl tərtibatda ərkivanlıların istifadəsinə veriləcək.