Çapa göndər
İKZF-nin agent bankları 2006-2018-ci illərdə 24,2 mindən artıq ipoteka krediti verib

23 oktyabr 2018 - 10:28

2006-2018-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 24,25 min ipoteka krediti verilib.

Fondun saytında dərc edilmiş məlumata görə, indiyədək İKZF-nin xətti ilə 1 mlrd. 147 mln. 299,821 min manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.