Çapa göndər
Türkiyə Ukrayna taxılını ucuz qiymətə almaq istəyir

07 iyun 2022 - 16:56

Türkiyə Ukraynadan taxılı 25%-dən çox endirimlə almağa hazırlaşır.

Bu barədə kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi məlumat yayıb.

Rəsminin sözlərinə görə, Ankara Ukrayna limanlarından taxıl ixracını mümükün etmək üçün əlindən gələni edir.

Kirişçi bildirib: "Lakin onlar təhlükəsizlik və məhsulların ixracı baxımından dilemma ilə üzləşirlər və Türkiyənin bu prosesdə arbitr rolunu oynamasını istəyirlər".

Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə etmək üçün gələn həftə Türkiyədə iki mühüm görüş keçiriləcək.

Nazir əlavə edib ki, müzakirələrdən birində Rusiya nümayəndələri iştirak edəcək.