Çapa göndər
Mərkəzi Bankın səlahiyyətləri azaldıldı - FƏRMAN

03 iyun 2022 - 19:26

Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinin funksiyasının həyata keçirilməsi Azərbaycan Mərkəzi Bankından alınıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Sənədə əsasən, bu funksiyanın həyata keçirilməsi Nazirlər Kabinetina həvalə edilib.

İqtisadi Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Nazirlər Kabinetində fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirəcək. Şuranın Katibliyinin tərkibini Nazirlər Kabineti müəyyən edəcək.