Çapa göndər
Yamaykanın Baş naziri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

31 may 2022 - 18:33

Yamaykanın Baş naziri Endryu Holness Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına səmimi təbriklərimi çatdırıram.

Yamayka əsası 1995-ci ildə qoyulmuş diplomatik münasibətlərimizə böyük önəm verir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

Zati-aliləri, xahiş edirəm, Azərbaycan hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin".