30 may 2022 - 17:23
Rusiya radiosunda müharibəyə etiraz olaraq, Ukrayna mahnıları səsləndirilib.
Bu barədə rusiyalı jurnalist Roman Super özünün Telegram kanalında bildirib.
"Sankt-Peterburqun üç radiostansiyasında (Retro FM, Dorojnoye və Novoye radiosu) Ukrayna və müharibə əleyhinə kompozisiyalar iki saatdan çox təkrar səslənib. Əla aksiyadır", - jurnalist görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Belə ki, Rusiya radiolarında Ukraynanın himni və digər müharibə əleyhinə mahnıları dinləmək mümkün olub.