Çapa göndər
“Avroviziya” qalibi təqdim olunan heykəlciyi satır

25 may 2022 - 19:28

“Kalush Orchestra” qrupunun lideri Oleq Psyuk Sergey Pritula ilə birlikdə hərrac təşkil edib.

Burada ifaçının məşhur çəhrayı panaması və “Avroviziya-2022”də təqdim olunan heykəlciyini satışa çıxarıb.

Məlumata görə, bütün gəlir orduya kömək üçün göndəriləcək.

Qeyd edək ki, əvvəldən “Kalush Orchestra” musiqi müsabiqəsində qalib gələcəyi təqdirdə belə bir addım atacağını bildirmişdi.