Çapa göndər
Polşa Rusiya ilə qaz müqaviləsini ləğv etdi

23 may 2022 - 14:14

Polşa hakimiyyəti 1993-cü ildə Rusiya Federasiyası ilə qaz tədarükünə dair imzalanmış hökumətlərarası sazişi pozmaq qərarına gəlib.

Bunu Bazar ertəsi Polşa radiosunun efirində ölkə hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Piotr Naimski bildirib.

"Mayın 13-də Mateuş Moravetski hökuməti Polşa hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında razılaşmanı pozmaq barədə qərar qəbul edib. 30 ildən sonra demək olar ki, Polşa ilə Rusiya arasında qaz sənayesində əlaqələr dayanır”, - deyə Naimski vurğulayıb.

Polşa rəsmisinin sözlərinə görə, qaz kəmərinin Polşa hissəsi qazın Polşa ərazisindən nəqli üçün istifadə olunacaq, həmçinin Almaniyadan Polşaya qaz göndərə biləcək.