Çapa göndər
Rusiyada 12 hərbi komissarlıq yandırılıb

19 may 2022 - 19:07

Rusiyada Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək azı 12 hərbi komissarlığın yandırılması faktı qeydə alınıb.

Bu barədə briqada generalı, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov brifinqdə çıxışı zamanı bildirib.

Qromov əlavə edib ki, təkcə son bir həftədə beş belə hal qeydə alınıb: "Rostov, Ryazan vilayətlərində, həmçinin Volqoqrad və Omskda hərbi komissarlıqlar yandırılıb".

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra Rusiya Federasiyası ərazisində hərbi komissarlıqlar mifik şəkildə yanmağa başlayıb.

Maraqlıdır ki, Rusiya Federasiyasında kütləvi səfərbərliyin hazırlanması ilə bağlı mətbuatda məlumatlar yer almağa başlayandan sonra yanğınlar tez-tez baş verir.