Çapa göndər
Litva Prezidenti Bakıya gəlir

16 may 2022 - 17:12

Litva Prezidenti Qitanas Nauseda mayın 18-20-də Azərbaycan və Ermənistana səfəri zamanı Cənubi Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərini və beynəlxalq gündəmdə olan bir sıra digər məsələləri müzakirə edəcək. 

Bu barədə Litva Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Litva rəhbəri Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Vaaqn Xaçaturyanla Azərbaycanın Aİ ilə əməkdaşlığının, Ermənistanın isə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa ictimaiyyəti ilə əməkdaşlığının perspektivlərini müzakirə edəcək”, - məlumatda deyilir.

Hər iki ölkədə Litva Prezidenti Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti, o cümlədən enerji sektorunda fikir mübadiləsi aparmağı planlaşdırır.

Litva Prezidenti eyni zamanda hər iki ölkənin baş nazirləri Əli Əsədov və Nikol Paşinyanla da görüşəcək.