Çapa göndər
20 şagird məktəbdə zəhərləndi

14 may 2022 - 13:49

Türkiyənin Manisa şəhərində məktəbdə nahardan sonra 20 şagird baş ağrısı və ürək bulanmasından şikayət edib.

Qida zəhərlənməsi şübhəsi ilə tələbələrə ilkin tibbi yardım göstərilib.

Daha sonra təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparılan şagirdlərdən 10 nəfəri evə buraxılıb, digər 10 şagirdin də vəziyyəti yaxşı olduğu bildirilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.