Çapa göndər
Rus işğalçılar Xarkovdan geri çəkilir

14 may 2022 - 11:10

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərindən geri çəkilir.

Bu barədə Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bildirlir.

Qeyd edilir ki, Rusiya qoşunları bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.

“Düşmən Slobojansk istiqamətində əsas səylərini Xarkov şəhərindən öz bölmələrinin çıxarılmasına yönəldib”, - məlumatda deyilir.

Bundan əlavə, Rusiya qoşunları Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin İzyum yaxınlığında öz qrupunun arxasına keçməsinin qarşısını almağa çalışır: “Düşmən Petrovka, Pitomnik, Russki Tişki və Ternovoye yaşayış məntəqələri rayonlarında Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.