11 may 2022 - 22:08
Çexiya Senatı Rusiya ordusunun Ukrayna ərazisindəki hərəkətlərini soyqırımı kimi tanıyıb.
Bu barədə Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis məlumat yayıb.
Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa Birliyi üzvlüyünə namizəd olmasına dəstək var.
Qeyd edək ki, daha öncə Kanada, Estoniya, Latviya və Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıyıb.