07 may 2022 - 11:17
Ukrayna Prezidenti Volodimir Zelenskinin gödəkçəsi Londonda 110 min dollara satılıb.
Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Bildirilib ki, prezidentin geyimi mayın 5-də hərraca çıxarılıb. İlkin qiymət 61 000 dollar müəyyən edilib. Yekunda Zelenskinin geyimi 110 min dollara alınıb.
Qeyd edilib ki, vəsait Ukraynaya humanitar yardım məqsdilə istifadə olunacaq.