Çapa göndər
Xarkovun daha bir qəsəbəsi ruslardan azad edildi

03 may 2022 - 20:49

Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığındakı daha bir qəsəbəni azad edib.

Bunu daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında bildirib.

“92-ci briqada Xarkov vilayətində Starıy Saltovla qonşu olan Molodovı qəsəbəsinə nəzarəti bərpa edib”, – Geraşenko qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücum əməliyyatı keçirərək Rusiya hərbçilərini Xarkovdan 25 kilometr geriyə sıxışdırıb.