02 may 2022 - 21:18
Ermənistanın müxalifət qüvvələrinin tərəfdarları bu gün – may ayının 2-si axşam Fransa meydanında yenidən mitinqə toplaşıblar.
Müxalifət liderlərindən biri, "Ermənistan" blokundan olan deputat Vahe Akopyan yeganə məqsədlərinin Nikol Paşinyanın istefası olduğunu bildirib:
“Bundan sonra hər şey avtomatik olaraq normallaşacaq”.
Qeyd edək ki, ötən gün axşam müxalifət tərəfdarları zibil konteynerləri və küçə skamyalarından barrikadalar, çadırlar quraraq "Place de France"ı bağlayıblar. Bazar ertəsi səhər onlar İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıblar, lakin bir neçə saat sonra polis 240-dan çox insanı saxlayıb , nəqliyyatın hərəkətini tam bərpa edib.